- Texnikabankın müddətli depozitləri 3 dəfə artıb

TB
Samir Hüseynov, bankın İdarə Heyətinin sədri: «Ölkənin iri şirkətləri artıq dünya böhranının təsiri altından çıxırlar və onların maliyyə vəziyyətinin yaxşılaşması bankların depozit bazasının artnasına müsbət təsir göstərir».



2009-cu ilin 8 ayı ərzində “Texnikabank”ın depozit portfeli 6,5 mln. manat artaraq, hesabat dövrünün sonuna 180,5 mln. manata çatmışdır. Fiziki şəxslərin əmanətləri üzrə artım 2,7%, hüquqi şəxslərin depozitləri üzrə artım isə 4,9% təşkil etmişdir.
Hüquqi şəxslərin depozitlərinin strukturunda müddətli depozitlərin üçqat artımı müşahidə olunmuş və bu göstərici 25 mln. manat səviyyəsinə çatmışdır. Ölkənin iri şirkətləri artıq böhranın təsiri altından çıxırlar və onların maliyyə vəziyyətinin yaxşılaşması Azərbaycan banklarının depozit bazasının artmasına müsbət təsir göstərir.
«Dünya böhranının təsirindən ən az zərər çəkən Azərbaycan iqtisadiyyatı oldu, buna görə də Azərbaycan şirkətləri cəmi bir neçə ay ərzində öz maliyyə vəziyyətlərini sabitləşdirməyə nail oldular».
“Texnika Bank” ASC-nin aktivləri bu ilin əvvəlindən 25% artaraq, 31 avqust 2009-cu il tarixinə 458,35 mln. manat təşkil etmişdir. Beləliklə, bank səkkiz ayın yekunlarına görə, aktivlərin həcminə görə üçüncü yeri qoruyub saxlayır. Biz büdcə proqnozlarını 10% artıqlaması ilə yerinə yetirməyə nail olmuşuq.
Cari ilin səkkiz ayı ərzində bankın kredit portfeli 8,5% artaraq, 31 avqust tarixinə 345 mln. manat təşkil etmişdir. Səkkiz ay ərzində “Texnikabank” 9,5 mln. manat həcmində mənfəət əldə etmişdir. Nəticədə bank mənfəətin həcminə görə ölkə bankları arasında ikinci yeri tutmuşdur.
Qeyd edək ki, cari ilin iyul ayında bankın səhmdarları bu günədək əldə olunmuş gəliri bankın Nizamnamə Kapitalının artırılmasına yönəltmək haqqında qərar qəbul etmişdir. Nəticədə bankın Nizamnamə kapitalı 26,9 mln. manatdan 41,7 mln. manatadək artmışdır.
“2009-cu ildən etibarən bankların kapitallaşmaya yönəldilən mənfəətinin vergitutmadan azad edilməsi bizə gələcəkdə də bankın kapitalının artırılmasını davam etdirmək imkanı verəcək.
31 avqust tarixinə bankın məcmu kapitalı nizamnamə fondunun artırılmasına qədər olan 64 mln. manata qarşı 71,7 mln. manat təşkil etmişdir.
1993-cü ildə təsis olunmuş “Texnikabank” ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşmışdır. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan “Texnikabank” 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

<<<
TexnikaBANK