- Mətbuat üçün açıqlama

TB Loqo
“Texnikabank” ASC rəhbərliyi son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində gedən həqiqətə uyğun olmayan və qərəzli məlumatlarla əlaqədar bildirir ki, bankın “Bakı” filialının sabiq müdiri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri 2008-ci ilin avqustunda bankın daxili nəzarət mexanizmləri vasitəsilə aşkarlanıb və bankın rəhbərliyi tərəfindən istintaq orqanlarına müraciət edilmişdir. Hal-hazırda Z. Yusifovun törətdiyi cinayət işinə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsində baxılır. Məlum 613 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən yalnız Zal Zakir oğlu Yusifov, İslam Zal oğlu Yusifov və Səmayə Hacan qızı Məmmədova bankın sabiq işçiləri olublar.
Kütləvi İnformasiya vasitələrində gedən qərəzli yazılar cəmiyyətdə yanlış fikir formalaşdırmaqla yanaşı, məhkəmə istintaqının işinə bu və ya digər şəkildə müdaxilə və təsir vasitəsi kimi dəyərləndirilməli və bankın nüfuzuna məqsədli şəkildə xələl gətirmək cəhdləri kimi qiymətləndirilir”.
1993-cü ildə yaradılmış “Texnikabank” ASC bank aktivlərinin həcminə görə Azərbaycanda 3-cü ən böyük bank olaraq ölkə iqtisadiyyatının daha da gücləndirilməsi naminə Avropa standartlarına uyğun bank xidmətləri göstərir. “Texnikabank” ASC-nin ölkə üzrə 35 filialı var. Bankın kredit siyasəti ölkə ərazisində sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaranmasına təkan verən layihələrin maliyyələşməsinə yönəlib.

<<<
TexnikaBANK