
Bu günədək bank tərəfindən ümumilikdə 74 nəfər ipoteka krediti ilə təmin olunmuşdur
“Texnikabank” ASC cari ilin iyun ayından etibarən “Azərbaycan İpoteka Fondu” tərəfindən maliyyələşdirilən ipoteka kreditlərinin verilməsini bərpa etmişdir. Bank tərəfindən ilk ipoteka krediti 25 iyun 2009-cu il tarixdə, 49 000 AZN məbləğində olmaqla 25 il müddətinə verilmişdir. Bu günədək, rəsmi olaraq “Texnikabank” ASC-yə 150 nəfər ipoteka kreditlərinin alınması üçün müraciət etmişdir. Ümumilikdə 74 nəfər, cəmi 3 102 354 AZN məbləğində olmaqla ipoteka krediti ilə təmin olunmuşdur ki, onlardan da 7 nəfəri (236 450 AZN məbləğində) güzəştli ipoteka krediti almışdır.
Hazırda bankda ipoteka kreditlərinin verilməsi davam etdirilir. Hər bir Azərbaycan vətəndaşı ipoteka kreditlərinin alınması üçün bankın bütün filiallarına, eləcə də baş ofisə müraciət edə bilər.