.jpg)
"27 iyul 2009-cu il tarixindən etibarən BFB-də «Texnikabank» ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsi başlanacaq".
Emissiyanın həcmi 14.800.000 AZN, bir səhmin nominal dəyəri isə 1.000 AZN təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Bu gün bankın nizamnamə kapitalı 26,912 milyon manat təşkil edir.Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Texnika Kapital Menecment" MMC-dir. Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.