- May ayı ərzində Texnikabank ASC-nin gəlirləri 16% artıb

Loqo
Bankın digər göstəriciləri üzrə də artım tendensiyası saxlanılıb.

Cari ilin may ayı ərzində “Texnikabank” ASC-nin ümumi gəlirləri 15,64% artaraq, hesabat dövrünün sonuna 28,7 mln. manat təşkil etmişdir. Ay ərzində faiz gəlirlərinin artımı isə 23,12% olmuşdur. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 8,5 mln. manat olmuşdur.
Cari ilin 5 ayı ərzində bankın məcmu kapitalı 15,3% artaraq, may ayının sonuna 59,5 mln. manat səviyyəsinə çatmışdır. Son 5 ayın yekunları üzrə kapitalın gəlirliyi 15,92% təşkil etmişdir.
31 may 2009-cu il tarixə “Texnikabank” ASC-nin aktivləri 447,6 mln. manat olmuşdur. Cari ilin 5 ayı üzrə bankın aktivlərinin gəlirliliyi isə 1,93% təşkil etmişdir.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 344,5 mln. manat təşkil etmişdir ki, bu da 2009-cu ilin əvvəlinə olan göstəricidən 5% çoxdur. 31 may 2009-cu il tarixinə bankın fiziki şəxslərə təqdim etdiyi istehlak kreditlərinin həcmi isə 60,7 mln. manat təşkil etmişdir.
May ayı ərzində bankın depozit portfelinin həcmi 3,5% artaraq, 31 may 2009-cu il tarixə 140,9 mln. manat səviyyəsinə çatmışdır. Ay ərzində müddətli depozitlər üzrə artım isə 8% təşkil etmişdir. May ayının sonuna əhalinin banka etibar etdiyi əmanətlərin həcmi 80,2 mln. manat olmuşdur. Bu məbləğin 87,1%-i müddətli əmanətlərin payına düşür.
May ayının sonuna bankın emissiya etdiyi plastik kartların sayı 38,5 min ədəd, plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 48, POS-terminalların sayı isə 340 olmuşdur.
1993-cü ildə təsis olunmuş “Texnikabank” ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşmışdır. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan “Texnikabank” 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

<<<
TexnikaBANK