- Aprel ayı ərzində Texnikabank ASC-də əhalinin əmanətlərinin həcmi 7,42% artıb

TB
Azərbaycanın «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin may ayının 1-nə 444,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% çoxdur.
Bankın kredit portfeli 343,8 mln. manat, fiziki şəxslərə təqdim olunan istehlak kreditlərinin həcmi isə 60,1 mln. manat təşkil edib. Bu göstərici (istehlak kreditləri) ötən ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur.
Aprel ayı ərzində bankın depozit portfelinin həcmi 4,9% artaraq bu ilin may ayının 1-nə 136,1 mln. manat təşkil edib. Əhalinin əmanətləri aprel ayı ərzində 7,4% artaraq hesabat dövrünün sonuna 80,8 mln. manata çatıb. Bu məbləğin 87,1%-i fiziki şəxslərin müddətli əmanətlərinin payına düşüb.
Bundan başqa, ötən ay ərzində bankın emissiya etdiyi plastik kartların sayı 16% artaraq hesabat dövrünün sonuna 48,4 minə çatıb.
Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir və respublika üzrə 35 filialı var.

<<<
TexnikaBANK