
Asiya İnkişaf Bankının (AİB) İdarəçilər Şurasındakı Amerika təmsilçisi Körtis Çin 20 apreldə Bakıda “Texnikabank” ASC-nin rəhbərliyi ilə görüşüb.
Tərəflər əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edərək yoxsulluğun azaldılmasında kiçik və orta sahibkarlığa kredit dəstəyi verməyin vacibliyini qeyd ediblər.
Bundan başqa, AİB təmsilçisinə Azərbaycan iqtisadiyyatı, bank sektoru və Texnikabankın fəaliyyəti barədə məlumat verilib.
Körtisin səfəri AİB-in mayın əvvəlində İndoneziyanın Bali şəhərində baş tutacaq illik yığıncağı ərəfəsində keçiriləcək. ABŞ Yaponiya ilə yanaşı AİB-in ən böyük səhmdarlarından biridir və 12,9% səsvermə hüququna malikdir.