
Texnikabank cari ilin birinci rübü ərzində maliyyə göstəriciləri üzrə əhəmiyyətli dərəcədə artıma nail olmuş, eyni zamanda bankin fəaliyyətində strateji planına uyğun olaraq bir sıra kəmiyət və keyfiyyət dəyişiklikləri sahəsində dinamik artım müşahidə olunmuşdur.
1 aprel 2009-ci il tarixinə bankin aktivləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 22,1% artaraq 431,5 milyon manat, məcmu kapitalı isə 40,3% artaraq 57,8 milyon manat təşkil etmişdir.
Bankın mənfəəti hesabat dövründə 6,8 milyon manat həcmində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 47,8% artımdan xəbər verir.
Ötən ilin analoji dövrünün göstəricisi ilə müqaisədə bankin emissiya edilmiş plastik kartlarının sayı 14,2% artaraq 41 754 ədəd təşkil etmişdir. Hal-hazırda bankın 47 bankomatı, 338 POS-terminalı var.
Xatırladaq ki, Texnikabank ASC 1993-cü ildə təsis olunmuş və hal-hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşmışdır. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial, 2 xidməti şöbə və 3 mübadilə şöbəsi istifadəyə verilmişdir. Hal-hazırda Texnikabank özünün 583 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.