
8 aprel tarixində Beynəlxalq Ticarət mərkəzində təşkil olunmuş mərasimdə Caspian Energy Integration Award - 2009" mükafatlarının təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimin qızıl partnyoru seçilmiş Texnikabank ilin bankı nominasiyasına, bankın Müşahidə Şurasının sədri Etibar Əliyev bank sferasında ilin top-meneceri nominasiyasına layiq görülmüşdür.
Istehsalatda və sosial sferada daha fəal iştirak etmiş, ölkə daxilində və habelə dünya bazarında öz fəaliyyətinin əhatə dairəsini dinamik genişləndirən müəssisə və təşkilatlara verilmiş "Caspian Energy Integration Award - 2009" beynəlxalq mükafatı dünyanın 30 ölkəsinin yüksək və orta təbəqəsinə mənsub 3 min meneceri arasında aparılan sorğunun nəticələrinə əsasən təqdim edilmişdir.
Xəzər İnteqrasiya İşgüzar Klubunun Prezidenti və İcraçı Direktoru Telman Əliyev stabil tərəfdaşlığa və partnyorluğa görə mərasimin qızıl partnyoru Texnikabanka və bankın Müşahidə Şurasının sədri Etibar Əliyevə öz təşəkkürünü bildirmişdir.