- Son bir ildə “Texnikabank” ASC-nin məcmu kapitalı 48% artmışdır

TexnikaBank
Bankın digər əsas göstəriciləri üzrə də dinamık artım təmin olunmuşdur.


“Texnikabank” ASC-nin aktivləri fevral ayı ərzində 3,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,2% artaraq, 01 mart 2009-cu il tarixinə 444,2 mln. manat təşkil etmişdir.
Bankın məcmu kapitalı cari ilin fevral ayı ərzində 3,5%, son bir il ərzində isə 47,9% artaraq, hesabat dövrünün sonuna 56,9 mln. manat səviyyəsinə yüksəlmişdir.
01 mart 2009-cu il tarixə bankın kredit portfelinin həcmi 337,4 mln. manat, o cümlədən müştərilərə təqdim edilmiş istehlak kreditlərinin həcmi 61,3 mln. manat olmuşdur. Hesabat ayının sonuna bankın depozit portfelinin həcmi 154,1 mln. manat, o cümlədən fiziki şəxslərin bankda yerləşdirilmiş əmanətlərinın həcmi 86,6 mln. manat təşkil etmişdir.
Bankın xalis mənfəəti hesabat ayının sonuna 5,76 mln. manat həcmində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,2%, yanvar ayının sonuna olan göstərici ilə müqayisədə isə 44,5% artım deməkdir.
Hesabat dövrünün sonuna bankın aktivlərinin gəlirliyi (ROA) 1,32%, kapitalının gəlirliyi (ROE) isə 11,18% olmuşdur.
Bankın 41 237 ədəd plastik kartı emissiya edilmişdir, respublika ərazisində 47 bankomatı və 332 POS-terminalı fəaliyyət göstərir.
1993-cü ildə təsis olunmuş “Texnikabank” ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşmışdır. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan “Texnikabank” 35 filialı və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

<<<
TexnikaBANK