
“Texnikabank” ASC Azərbaycan bankları arasında yeganə bank olaraq 2009-cu ildə Western Union pul köçürmələri sisteminin Klub 500 göstəricilərinə görə ilk onluqda qərarlaşmışdır.Orta Asiya və MDB ölkələrindən olan iştirakçılar arasında keçirilən proqramda isə bank 6-cı yeri tutmuşdur.
Qeyd olunan tədbir Klub 500 üzvləri arasında ən yaxşıları seçmək üçün hər il keçirilir.
Bu yüksək nəticə bankın peşəkar işçi heyəti, keyfiyyətli xidmət və rəhbərliyin düzgün fəaliyyəti sayəsində əldə edilmişdir.