- «Texnikabank» gələn ilin iyun ayından yeni proqram təminatına keçəcək

Temenos
«Texnikabank» Acıq Səhmdar Cəmiyəti (ASC) 2009-cu ilin iyun ayından tam rejimdə «Temenos» proqram təminatı əsasında işləməyə başlayacaq.
Cari ilin iyul ayından proqramın tətbiqi üzrə işlərə başlayan «Texnikabank» ASC hazırda bu istiqamətdə işləri davam etdirir. Proqram gələn ilin aprel ayında test rejimində işə salınacaq.
«Temenos» proqramının tətbiqinə dair «Texnikabank» ASC ilə İsveçrənin «Temenos» şirkəti arasında müqavilə 2008-ci ilin iyul ayının 2-də imzalanıb. Adıçəkilən proqram artıq Azərbaycan Milli Bankı, «Bank Standard» və «AGBank» tərəfindən tətbiq edilir.

<<<
TexnikaBANK