- Texnikabank Faster pul köçürmə sisteminə qoşulmuşdur

Faster
Texnikabank ASC yeni, Faster pul köçürmə sistemlərinə qoşulmuşdur. Az müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Faster pul köçürmə sistemi Qazaxstan ərazisini əhatə edir və MDB ölkələri bazarında da inkişaf etməyə başlayıb.
Faster pulköçürmələri sisteminin MDB ərazisində 200-dən çox xidmət şöbələri fəaliyyət göstərir və 8 ölkədə tərəfdaş bankları var.


Faster pul köçürmələri sistemi dedikdə aşağıdakılar başa düşülür:

• Yüksək sürət – pul köçürməsi 1 dəqiqədə həyata keçirilir;

• Ekspress köçürmələr bank hesabı açılmadan reallaşır;

• Pul göndərilməsi və qəbulu üçün elekron ərizə forması;

• Pul köçürülməsi üçün sərfəli tarif;

• Qazaxstan üzrə və MDB ölkələrində fəaliyyət göstərən tərəfdaş banklarda geniş xidmət şöbəsi şəbəkəsi;

• Minimum sənəd: şəxsiyyəti təsdiq edən sənəd (əsli);

• Pul köçürməsinin həyata keçirilməsi ilə əlaqədar göndərən və alan şəxslərin SMS vasitəsi ilə məlumatlandırılması.

<<<
TexnikaBANK