- Texnikabankın Qaradağ filialı istifadəyə verildi

Qaradag acilish
Azərbaycanın maliyyə bazarında və bank sisteminin inkişafı istiqamətində qabaqcıllar sırasında olan “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qaradağ filialı müştərilərin istifadəsinə verildi.
20 sentyabr tarixində, Texikabank ASC-nin müşahidə şurasının sədri Etibar Əliyev, rayon Icra Hakimiyyətinin başçisi Hüseyn İsrafilov və Qaradag rayon Yeni Azərbaycan Partiyasının sədri Aydın Hüseynovun iştirakı ilə keçirilən açılış mərasimi rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı.
Müasir dizayn və interyerə malik olan bu inzibati binada müştərilərin rahatlığı üçün hər bir şərait yaradılmışdır. Filial öz gülərüz, mehriban və peşəkar kollektivi ilə birgə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
Hal - hazırda 35 filial, 2 xidmət və 3 mübadilə şöbəsi olan, Azərbaycanın maliyyə bazarında aparıcı kredit təşkilatı kimi təşəkkül tapmış “Texnikabank“ ASC-nin, cari ilin üç rübü ərzində respublika ərazisində dörd filial və üç yeni inzibati binasının istifadəyə verilməsi bankın regionların sosial iqtisadi inkişafı dövlət proqramını əməli dəstəklədiyinə əyani sübutdur.

<<<
TexnikaBANK