- Texnikabank ASC ilə İnterfed Danışmanlık Hizmetleri LTD arasında müqavilə imzalanmışdır

Interfed
2008-ci ili institusional inkişaf ili kimi nəzədə tutan Texnikabank ASC bu istiqamətdə daha böyük uğurlar əldə etmək məqsədilə, İnterfed Danışmanlıq Hizmetleri LTD ilə müqavilə imzalamışdır.
Bu müqaviləyə əsasən İnterfed Danışmanlık Hizmetleri LTD Banka Risklərin idarə edilməsi sisteminin təşkili, risklərin idarə edilməsi qaydalarının və əsasnamələrinin hazırlanması və bu sahə üzrə digər müvafiq konsultasiya xidmətini göstərməyi öz öhdəsinə götürür. Bundan əlavə gələcəkdə kredit siyasəti, İnsan resurslarının idarə edilməsi, İctimaiyyətlə əlaqələr və bazarın araşdırılması sahəsində də müvafiq xidmətlərin göstəriləcəyi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, 2002-ci ilin iyul ayında yaradılmış, hal-hazırda maliyyə qurumlarına müxtəlif konsultasiya xidmətləri göstərən İnterfed Danışmanlık Hizmetleri LTD –nin Türkiyədə Ankara, İzmir, Antep ofisləri vardır və bu istiqamətdə ölkə xaricində Almaniya, Hollandiya, Avstriya və Belçikanın müxtəlif maliyyə qurumları ilə iş birliyi qurulmuşdur.

<<<
TexnikaBANK