
Azərbaycan Vergilər Nazirliyi «Texnikabank» Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə elektron sənəd mübadiləsinə dair müqavilə imzalayıb.
Müştəri bank hesabı açmaq üçün ərizəni dolduraraq göndərdikdən sonra müvafiq bildiriş alacaq. Əgər hesab açmaq istədiyi bankla Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsi mövcuddursa, onda şəhadətnamə-dublikat almaq üçün vergi orqanına müraciət etməyə ehtiyac qalmır.
Bildirişdə göstərilən müddətdə müştəri birbaşa banka müraciət edə bilər, əks halda çap etdiyiniz bildiriş əsasında qeydiyyatda olduğu vergi orqanından şəhadətnamə-dublikat götürərək müvafiq banka müraciət etməlidir.