- Tovuz filialı müştərilərin istifadəsinə verildi

TB  Tovuz
Hal - hazırda 34 filial, 2 xidmət və 3 mübadilə şöbəsi olan, Azərbaycanın maliyyə bazarında aparıcı kredit təşkilatı kimi təşəkkül tapmış “Texnikabank“ ASC, filial şəbəkəsini genişləndirməklə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, regional bank sisteminin inkişafını əməli dəstəkləyir.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində, bankın 5 iyul 2008-ci il tarixində yeni açılmış Tovuz filialının müştərilərin istifadəsinə verilməsini bankın strategiyasına əyani misal olaraq göstərmək olar. Müasir dizayn və interyerə malik olan filial binasında geniş iş şəraitinin yaradılması müştərilərin rahatlığını təmin etmək məqsədi daşıyır. Yerli iş adamları ilə işgüzar əməkdaşlıq məqsədilə, filial bütün növ bank xidmətləri göstərir.

<<<
TexnikaBANK