
"Texnikabank" ASC gələcək 9 ayda T24 yeni əməliyyat bank sisteminin tətbiqinə başlayacaq. Bu barədə 4 iyul tarixində bank və "Temenos Group AG" İsveçrə şirkətinin sistem tədarükçüsü arasında müvafiq sazişin imzalanma mərasimi olub.
İsveçrə şirkətinin nümayəndəsi Aleksandr Şmakov dünyanın 120 ölkəsində 600 maliyyə institutunda fəaliyyət göstərən bu sistemin biznes və filial şəbəkəsinin keyfiyyətli inkişafına təsir edəcəyi, eləcə də banka əvvəl tətbiq edə bilmədiyi bank xidmətlərini tətbiq etməyə imkan verəcəyini bildirmişdir.