- Yanvar-aprel aylarında “Texnikabank” aktivlərini artırıb

TB  Loqo
Texnikabank Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi bu ilin may ayının 1-nə 379, 158 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının birinə olan analoji göstəricidən 7% çoxdur.
Hesabat dövründə bankın kredit portfeli 11,7% artaraq 271,476 mln. manata çatıb. Bankın məcmu kapitalı 20,2% artaraq 44,337 mln. manat, o cümlədən nizamnamə kapitalı 26, 912 mln. manat olub.Qeyd edək ki, bank bu ilin yanvar-aprel aylarında 7, 708 mln. manat xalis mənfəət əldə edib. Xatırladaq ki, “Texnikabank” ASC 1993-cü ildən fəaliyyət göstərir və hal-hazırda respublika üzrə 33 filialı, 46 bankomatı mövcuddur.
Texnikabank Milli Ödəmə Sistemləri Üzrə Dövlət Proqramına aktiv qoşularaq ticarət və iaşə obyektlərində post terminallarının sayını 289 –a çatdırıb.
Beynəlxalq Viza Asossasiyasi və Masterkartda prinsipial üzv olan Texnikabankın may ayına kimi 37 626 ədəd plastic kartı müştərilərə təqdim edilmişdir.

<<<
TexnikaBANK