- Texnikabankın Biləsuvar filialının təntənəli açılış mərasimi keçirilidi

TB_Bilesuvar-acilish
Regional inkişaf istiqamətində uğurlu fəaliyyəti ilə fərqlənən Texnikabank ASC-nin Biləsuvar filialının açılışı rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı.
Filial şəbəkəsini sürətlə genişləndirən Texnikabank ASC bu il artıq üç inzibati filial binasını müştərilərin ixtiyarına verdi. Bu dinamik inkişaf artıq respublika ərazisinrə 33 filialı olan bankın regionların sosial iqtisadi inkişafı dövlət proqramını əməli dəstəklədiyinə əyani sübutdur.
5 may tarixində, Texikabank ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev, Rayon Icra Hakimiyyətinin Başçısı Adil Məmmədov, Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə, Milli Bankın Idarə Heyəti Sədrinin birinci müavini Alim Quliyev və rayon ictimaiyyətinin iştirakı ilə bankın yeni filialın açılış mərasimi keçirildi.
Müştərilərin ixtiyarına verilən, müasir dizayn və interyerə malik bu inzibati binada müştərilərin rahatlığı üçün hər bir şərait yaradılmışdır. Filial öz peşəkar və mehriban kollektivi ilə birgə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

<<<
TexnikaBANK