- Texnikabankın Beyləqan filialının yeni inzibati binası istifadəyə verildi

TB Beylaqan
Azərbaycanın maliyyə bazarında və regional inkişaf istiqamətində qabaqcıllar sırasında olan “Texnikabank” ASC-nin Beyləqan filialının yeni inzibati binası müştərilərin istifadəsinə verildi.
Cari ilin ikinci rübünün əvvəllərində respublika ərazisində bir filial və bir yeni inzibati binasını istifadəyə verməsi bankın regionların sosial iqtisadi inkişafı dövlət proqramını əməli dəstəklədiyinə əyani sübutdur.
26 aprel tarixində, Texikabank ASC-nin müşahidə şurasının sədri Etibar Əliyev və rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev öncə rayon ictimaiyyəti ilə birgə ümummilli lider, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra bankın yeni inzibati binasının açılış mərasimi keçirildi.
Müasir dizayn və interyerə malik olan bu inzibati binada müştərilərin rahatlığı üçün hər bir şərait yaradılmışdır. Filial öz gülərüz, mehriban və peşəkar kollektivi ilə birgə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

<<<
TexnikaBANK