- Texnikabank-ın ipoteka portfeli 50 mln. manatadək genişlənəcək

LOQO_TB
"TexnikaBank" ASC cari ilin sonunadək ipoteka portfelini 85% artıraraq 50 mln. manata çatdırmağı planlaşdırır. Kreditləşmənin artımı həm şəxsi vəsaitləri hesabına, həm də bankın beynəlxalq maliyyə institutlarından cəlb edə biləcək məqsədli kredit xəttlərinin hesabına gözlənilir.
Bu gün bank $8 mln.-dan $7,7 mln. kredit yerləşdirib. Bu kreditlər ötən ilin dekabr ayında ipoteka kreditləşməsi üçün Qara Dəniz Ticarət və İnkişaf bankından cəlb edilib. Vəsaitlər illik 12%-dən 16%-dək dərəcə üzrə 6 il müddətinə verilib.
Hazırda "TexnikaBank"-in ümumi ipoteka portfeli 27,1 mln. manat təşkil edir. Onun 10, 95 mln. manatı Azərbaycan ipoteka Fondu xətti ilə yerləşdirilən vəsaitlərin payına düşür.

<<<
TexnikaBANK