
Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) «Caspian Energy Integration Award – 2008» mükafatının qaliblərini elan edib. Bu barədə CİBC-in mətbuat xidmətindən məlumat verilib.
Mərasimin «Platin tərəfdaşı» «Texnikabank» ASC, «Qızıl tərəfdaşı» «Azercell» şirkəti, «Gümüş tərəfdaşı» «MKT Istehsalat Kommersiya», «Bürünc tərəfdaşı» isə «ANT Inshaat» şirkətləri olub.
Birinci dərəcəli «Caspian Energy Integration Award – 2008» mükafatı Azərbaycan Nazirlər Kabinetinin neft-kimya şöbəsinin müdiri Rasim Dadaşova «Azərbaycanın neft-qaz sənayesinə çoxillik töhfəsinə görə» nominasiyası, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənova «Azərbaycanın standartlaşdırma və metrologiya sahəsinə töhfəsinə görə» nominasiyası, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə «Azərbaycan iqtisadiyyatının inkişafında töhfəsinə görə» nominasiyası, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin başçısı Zurab Qumberidzeyə «Gürcüstanın neft-qaz sektorunun inkişafında töhfəsinə görə» nominasiyaları üzrə təqdim edilib.
İkinci dərəcəli «Caspian Energy Integration Award – 2008» mükafatları isə «Texnikabank» ASC-yə «İlin bankı», «Azercell Telecom» şirkətinə «İlin telekommunikasiya şirkəti» və «Qeyri-neft sektorunda lider», «MKT Istehsalat Kommersiya LTD» şirkətinə «İlin sərmayəçisi», «ANT Inshaat» şirkətinə «İlin tikinti şirkəti», «BakMexQur » «Sənaye infrastruktrunun inkişafında töhfəsinə görə», «Azpetrol LTD» şirkətinə «İlin ən keyfiyyətli servis xidməti», ARDNŞ-in Kompleks Qazma İşləri Trestinə «İlin qazma şirkəti», «AvirTel» şirkətinə «İlin ən yaxşı internet provayderi», «Avtomotors» şirkətinə «İlin ditribütor şirkəti», «Volgaburmash Azerbaijan» şirkətinə «Neft-qaz sənayesində ilin təmsilçiliyi», «Azəriqaz» QSC-ə «Regionların qazlaşdırılmasına görə», «Azeurotel» şirkətinin baş direktoru Nuru Əhmədova «İT texnologiyaları sektorunda ilin top-meneceri», «Parex Leasing & Factoring» şirkətinə «İlin lizinq şirkəti», «Azersun Holding»ə «İstehsal olunmuş məhsulun yüksək keyfiyyətinə görə», ARDNŞ-in «Azneft» İstehsalat Birliyinə «Qaz proqramının icrasına verdiyi töhfəsinə görə», «Azərkörpü» ASC-yə «Nəqliyyat infrastrukturunun inkişafında töhfəsinə görə», «Alp Exclusive» şirkətinə «Biznes üçün yüksək səviyyəli servis xidmətlərinə görə», Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna «İlin neft emalı zavodu», «International Trade Center» şirkətinə «Ən yaxşı biznes mərkəz» nominasiyaları üzrə təqdim olunub.