
Texniikabank ASC 2008-ci il martın 5-də MoneyGram beynəlxalq pulköçürmə sistemlərilə razılaşma müqaviləsi imzalayıb. Bank artıq cari aydan etibarən MoneyGram pulköşürmə xidmətlərini təqdim edir.
“ Biz çox şadıq ki, bizim sürətlə genişlənən şəbəkəyə Texnikabank kimi bir dinamik iştirakcı daxil oldu, ” fikri MoneyGramın Rusiya və MDB üzrə regional direktoru Pyotr Qnatyuka məxsusdur.
MoneyGram pulköçürmə sistemləri MDB bazarında 90-cı ilin ortalarında yaranmış və son illərədək inkişaf etməkdədir. Hal-hazırda 160 bank minlərlə nümayəndəliklərilə birlikdə MoneyGramın üzvüdür. MoneyGram beynəlxalq pulköcürmə sistemi üzrə dünyanın 170 ölkə və regionunda liderlik edir.