|
Texnikabank ASC–nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilmişdir
Noyabr ayının 11-də Gürcüstanda, “Radisson Blu” otelində Gürcüstan və Azərbaycanın “Lider” pul köçürmə sisteminə qoşulan tərəfdaşları üçün təşkil olunmuş biznes görüşdə Texnikabank ASC yaxından iştirak etmişdir. Biznes görüşün məqsədi təcrübə sayəsində əldə edilmiş səmərəli informasiya mübadiləsi, pul köçürmə sistemlərinin dünya bazarında inkişaf tendensiyası ilə tanışlıq, sistemin ölkə bankları ilə əməkdaşlığının yekun nəticələri, “Lider” pul köçürmə sisteminin yeni məhsul və xidmətləri ilə tanışlıqdan ibarət olmuşdur.
Tədbirdə “Lider” pul köçürmə sisteminin İdarə Heyətinin sədri Yuriy Nikolayeviç tərəfindən Texnikabank ASC–nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilmiş və banka xatirə hədiyyəsi təqdim edilmişdir.
Xatırladak ki, Texnikabank ASC “ Western Union” , “Privat Money”, “Bıstraya Poçta”, “Contact”, “Xpress Money”, “Blizko”, “Allür”, “Zolotaya Korona”, “Caspian Money Transfer”, “Faster”, “Migom” və “Lider” pul köçürmə sistemlərinin üzvüdür. İstər paytaxt, istərsə də bölgələrdə olmaqla bank 35 filialı və 12 şöbəsində müştərilərə sürətli pul köçürmə xidmətlərini göstərir.
|
|
|